DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynaya hərbi yardımın nəticələri İlon Maskı düşünməyə vadar edib

© AFP 2023 / BRENDAN SMIALOWSKIİlon Mask
İlon Mask - Sputnik Azərbaycan, 1920, 11.06.2023
Abunə olmaq
ABŞ Ukraynaya daha 2,1 milyard dollarlıq hərbi yardım göstərəcəyini bildirilib.
BAKI, 11 iyun - Sputnik. İlon Mask Vaşinqtonun Kiyevə növbəti hərbi yardım paketi ayırmasına reaksiya verib. Bütün bunların reallıqda necə bitəcəyi Amerikalı iş adamını maraqlandırıb.
“Bunun sonu necə olacaq? Mən reallığı nəzərdə tuturam”, - deyə o, “Twitter”də yazıb.
Qeyd edək ki, Mask bu xəbərə diqqət çəkən sosial şəbəkə istifadəçilərindən birinin paylaşımına şərh yazıb.
Bundan əvvəl ABŞ-ın Ukraynaya daha 2,1 milyard dollarlıq hərbi yardım göstərəcəyi bildirilib. Xüsusilə, Kiyev Pentaqondan “Puma” pilotsuz sistemləri, “HAWK” hava hücumundan müdafiə sistemləri, həmçinin mərmilər və lazerlə idarə olunan raket sistemləri üçün sursat alacaq.
Xəbər lenti
0