DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Corc Soros özünün imperiyasına nəzarəti oğluna tapşıracaq

© AP Photo / Francois MoriCorc Soros
Corc Soros - Sputnik Azərbaycan, 1920, 11.06.2023
Abunə olmaq
“Media Research Center” təşkilatı Sorosun mətbuatda tanınmış simalarla əlaqə yaratmaq üçün milyonlarla dollar xərclədiyi barədə məlumat paylaşmışdı.
BAKI, 11 iyun - Sputnik. Amerikalı milyarder Corc Soros 25 milyard dollarlıq fond imperiyasına nəzarəti oğlu Aleksandra ötürmək qərarına gəlib. Bu barədə “The Wall Street Journal” yazıb.
Ötən ilin dekabrında 92 yaşlı Soros “Açıq Cəmiyyət” fondlarının direktorlar şurası onun 37 yaşlı oğlu Aleksandrı sədr seçib.
Bundan əvvəl “Media Research Center” təşkilatı Sorosun mətbuatda tanınmış simalarla əlaqə yaratmaq üçün milyonlarla dollar xərclədiyi barədə məlumat paylaşmışdı.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Amerika mətbuatının oliqarx Corc Sorosla əlaqəsi sübuta yetirilərsə, o zaman ABŞ-ın bütün demokratiyası “tarixin zibil qutusuna” gedəcək.
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp da öz növbəsində Sorosu Manhetten çevrə prokurorluğunun rəhbərini maliyyələşdirilməkdə ittiham edib.
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, silah istehsalçıları və Qərb ölkələrinin elitasının nümayəndələri, o cümlədən Corc Soros Ukraynadakı münaqişənin davam etməsinə görə məsuliyyət daşıyırlar.
Xəbər lenti
0