Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda 33 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

© Sputnik / Rashad Keremogluİsmayıllıya güclü dolu yağıb
İsmayıllıya güclü dolu yağıb - Sputnik Azərbaycan, 1920, 11.06.2023
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Şimal küləyi əsəcək.
BAKI, 11 iyun - Sputnik. İyunun 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
Xəbər lenti
0