Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Yol polisi beynəlxalq velosiped turniri ilə bağlı sürücülərə müraciət edib

© Photo : Azerbaijan Cycling Federation"Əziz Şuşa” beynəlxalq velosiped yarışını
Əziz Şuşa” beynəlxalq velosiped yarışını - Sputnik Azərbaycan, 1920, 10.06.2023
Abunə olmaq
Bu gün yarışın dördüncü mərhələsinə Gəncə şəhərindən start veriləcək.
BAKI, 10 iyun — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin dördüncü mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib.
BDYPİ-dən verilən məlumata görə, müraciətdə deyilir:
“Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzuna daha bir töhfə verən "Əziz Şuşa Beynəlxalq Velosiped Turniri”nin üçüncü mərhələsi başa çatıb.
Bu gün yarışın dördüncü mərhələsinə Gəncə şəhərindən start veriləcək. İdmançılar əvvəlcədən müəyyən edilmiş marşrut üzrə Gəncə-Şəmkir avtomobil yolundan keçib Göygöl rayonu istiqamətində hərəkət edərək növbəti finiş xəttini Göygöl Dövlət Təbiət Qoruğunda keçəcəklər. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.
Mötəbər idman yarışının təhlükəsiz şəraitdə keçməsi üçün sürücülərdən qeyd olunan müddət ərzində velosipedçilərin hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik”.
Xəbər lenti
0