Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin iki briqada qərargahına zərbələr endirib

© SputnikHərbi əməliyyat zonasında
Hərbi əməliyyat zonasında - Sputnik Azərbaycan, 1920, 10.06.2023
Abunə olmaq
Rusiya qoşunları bir gün ərzində 40-dan çox Ukrayna tankını və digər zirehli döyüş maşınlarını məhv edib.
BAKI, 10 iyun - Sputnik. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya raket qüvvələri, artilleriya və aviasiya Ukrayna qoşunlarının Xarkov və Ray-Aleksandrovka bölgələrindəki 10-cu dağ hücumu və 60-cı mexanikləşdirilmiş briqadalarının qərargahına zərbələr endirib.
Nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriya bölmələri gün ərzində 122 rayonda Ukrayna qoşunlarının 93-cü artilleriya bölmələrinin atəş mövqelərini, canlı qüvvə və hərbi texnikasını darmadağın edib.
"Donetsk Xalq Respublikasının Ray-Aleksandrovka yaşayış məntəqələri və Xarkov şəhəri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 10-cu dağ-hücum və 60-cı mexanikləşdirilmiş briqadalarının qərargahı vurulub", - nazirliyin bəyanatında deyilir.
Agentliyin məlumatına görə, Artyomovsk şəhəri ərazisində “Cənub” qoşun qruplaşmasının fəal hərəkətləri nəticəsində gün ərzində düşmənin Kleşeyevka, Dubovo-Vasilyevka, Yaqodnoye və Andreevka yaşayış məntəqələri istiqamətində beş hücumu dəf edilib.
“Bu istiqamətdə gedən döyüşlər zamanı 230-a qədər ukraynalı hərbçi, iki zirehli döyüş maşını, beş texnika və iki D-30 haubitsası məhv edilib”, - Müdafiə Nazirliyindən bildiriblər.
"Rusiya qoşunlarının bölmələri Zaporojye və Yujno-Donetsk istiqamətlərində sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin 300 nəfərini və dörd “Leopardını” məhv edib, 40-a qədər ukraynalı əsgər və “Akasiya” özüyeriyən artilleriya qurğusu məhv edilib. Xerson və Krasnolımansk istiqamətində Ukrayna tərəfi 60-dan çox hərbçini, gün içində 10 texnikasını, o cümlədən bir sursat anbarını və bir qrup diversantını itirib. Kupyansk istiqamətində isə RF-nin "Qərb" qruplaşmasın bir gendə 65 Ukrayna hərbçisini və 4 texnikasını, o cümlədən bir Amerika M777 haubitsasını məhv edib, həmçinin dörd diversant qrupunun fəaliyyətini dayandırıb", - Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Eyni zamanda, Rusiya qoşunları bir gün ərzində 40-dan çox Ukrayna tankını və digər zirehli döyüş maşınlarını məhv edib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 441 təyyarə, 238 helikopter, 4563 pilotsuz uçuş aparatı, 424 zenit-raket kompleksi, 9841 tank və digər zirehli döyüş texnikası məhv edilib”, - deyə hərbi idarədən bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0