DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və Çin birgə hərbi təlimlər keçirəcək

© Sputnik / Виталий Аньков / Mediabanka keçidÇin dənizçiləri Rusiya hərbçiləri ilə birgə təlimdə
Çin dənizçiləri Rusiya hərbçiləri ilə birgə təlimdə - Sputnik Azərbaycan, 1920, 09.06.2023
Abunə olmaq
Çin Müdafiə Nazirliyindən bildirilib ki, tərəflər dövlət başçılarının əldə etdiyi konsensusun həyata keçirilməsi və iki ölkənin hərbçiləri arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar
BAKI, 9 iyun — Sputnik. Rusiya hərbçiləri Çinin təşkil etdiyi "Şimal. Qarşılıqlı əlaqələr-2023" təlimlərində iştirak etməyi planlaşdırırlar.
Rusiya KİV-nin yaydığı xəbərə görə, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Çin Xalq Respublikası (ÇXR) Mərkəzi Hərbi Şurasının üzvü, ÇXR Mərkəzi Hərbi Şurasının Birləşmiş Qərargah rəisi, general-polkovnik Lyu Cenli ilə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov arasında telefon danışığı olub.
Çin Müdafiə Nazirliyindən bildirilib ki, tərəflər dövlət başçılarının əldə etdiyi konsensusun həyata keçirilməsi və iki ölkənin hərbçiləri arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Bundan əlavə, Moskva və Pekin "Şimal. Qarşılıqlı əlaqələr-2023" hərbi təlimlərinin birgə keçirilməsi barədə razılığa gəliblər, Rusiya tərəfi iştirakını təsdiqləyib.
Xəbər lenti
0