Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb

© Depositphotos.com / Pavel1964Qəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.06.2023
Abunə olmaq
Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü İlqar Usubov sükan arxasında infarkt keçirərək dünyasını dəyişib
BAKI, 9 iyun — Sputnik. Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb. Hadisə 6 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıqfora çırpılıb.
Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.
Məlum olub ki, avtomobilin sürücüsü Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü İlqar Usubov sükan arxasında infarkt keçirərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0