CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP beynəlxalq velosiped turniri ilə bağlı vətəndaşlara daha bir müraciət edib

© Photo : Azerbaijan Cycling Federation"Əziz Şuşa” beynəlxalq velosiped yarışını
Əziz Şuşa” beynəlxalq velosiped yarışını - Sputnik Azərbaycan, 1920, 09.06.2023
Abunə olmaq
Yarışın üçüncü mərhələsində velosipedçilər Qəbələ-Ağdaş-Xaldan-Mingəçevir marşrut xətti üzrə və Bakı-Qazax avtomobil yolu ilə hərəkət edərək yarışın növbəti mərhələsini Gəncə şəhərində tamamlayacaqlar
BAKI, 9 iyun — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi Beynəlxalq velosiped turnirinin üçüncü mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib.
İdarədən verilən xəbərə görə, müraciətdə deyilir: "Əziz Şuşa Beynəlxalq Velosiped Turniri"nin növbəti mərhələsinə bu gün Qəbələ rayonundan start veriləcək.
Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın üçüncü mərhələsində velosipedçilər Qəbələ-Ağdaş-Xaldan-Mingəçevir marşrut xətti üzrə və Bakı-Qazax avtomobil yolu ilə hərəkət edərək yarışın növbəti mərhələsini Gəncə şəhərində tamamlayacaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.
Sürücülərdən tədbirin beynəlxalq əhəmiyyətini nəzərə alaraq, yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik".
Qeyd edək ki, sözügedən turnir iyunun 11-ə qədər davam edəcək.
Xəbər lenti
0