Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu il bakalavriat və magistr üzrə dövlət sifarişli yerlərin sayı məlum olub

© Sputnik / Rahim Muradovİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.06.2023
Abunə olmaq
Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini bildirib ki, bakalavriat və magistr üzrə bu il dövlət sifarişli yerlərin sayı açıqlanıb
BAKI, 9 iyun — Sputnik. Son 5 ildə ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 118,7 faiz, qəbul plan yerlərinin sayı isə 34,6 faiz artıb.
Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, son 5 ildə qəbul planı yerlərinin sayına görə, ən çox artım 14,3 faiz olmaqla texniki və texnologiya sahəsində olub: "Dövlət sifarişli yerlərin sayı baxımından isə bu sahədə 30 faiz artım olub. İT sahəsində bakalavriat səviyyəsində tələbələrin 90-95 faizi, magistratura səviyyəsində isə 100 faizi dövlət sifarişli yerlərə daxil olur".
Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini bildirib ki, bakalavriat üzrə bu il dövlət sifarişli yerlərin sayı açıqlanıb. O bildirib ki, ötən illə müqayisədə dövlət sifarişli yerlərin sayı 8 faiz artaraq 27691 yerə çatdırılıb.
Yaqub Piriyev media nümayəndələri ilə görüşdə onu da bildirib ki, növbəti tədris ili üçün magistratura üzrə proqnoz qəbul yerlərin sayı açıqlanıb. O bildirib ki, 2023-2024-cü tədris ilində bu yerlərin sayının 6478 olacağı gözlənilir.
Xəbər lenti
0