DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bəzi Aİ ölkələri ukraynalı qaçqınlardan bezdiklərini bildiriblər

© AP Photo / Visar KryeziuUkraynalı qaçqınlar
Ukraynalı qaçqınlar - Sputnik Azərbaycan, 1920, 09.06.2023
Abunə olmaq
Aİ-nin Ukrayna üzrə xüsusi müşaviri Lodeyvik Aşer, ev sahibi olan ölkələrdə orta və aşağı gəlirli ailələrin yaşayış böhranından əziyyət çəkdiyini bildirib.
BAKI, 9 iyun — Sputnik. Bəzi Aİ ölkələri Ukraynadan olan qaçqınlardan yorğunluq hiss etməyə başlayıb.
"AP News" bu barədə xəbər verib.
Nəşr, eyni zamanda, Aİ-nin daxili işlər üzrə komissarı İlva Yohanssonun sözlərini sitat gətirir. Yohanssonun xüsusi hesabatında deyilir ki, bəzi Avropa dövlətlərində "həmrəylikdən yorğunluq"adlandırıla bilən nələrsə görünməyə başlayır.
Aİ-nin Ukrayna üzrə xüsusi müşaviri Lodeyvik Aşer də ev sahibi olan ölkələrdə orta və aşağı gəlirli ailələrin yaşayış böhranından əziyyət çəkdiyinə diqqət çəkib.
"Xüsusilə ən həssas qaçqınlar arasında, eləcə də ev sahibi olan əhalinin ən həssas təbəqələri arasında yorğunluq var" – deyə o, bildirib.
Bundan əvvəl Polşanın Lüblin şəhərində sosial işçilərə ukraynalı qaçqınların ailələrindəki problemlər barədə getdikcə daha çox məlumat verildiyi bildirilib.
Xəbər lenti
0