CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahın hava proqnozu açıqlandı

© AP Photo / Darko VojinovicGünəşli hava, arxiv şəkli
Günəşli hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.06.2023
Abunə olmaq
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz, lakin gündüz şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir.
BAKI, 8 iyun — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 40-50% olacaq.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz, lakin gündüz şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0