DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin və Rusiya mediası Qərb mətbuatının hakim rol tendensiyasını sındırmalıdır - baş konsul

© Sputnik / Mikhail KlimentyevÇin və Rusiya bayraqları, arxiv şəkli
Çin və Rusiya bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.06.2023
Abunə olmaq
Hazırda Qərb mətbuatının dominant rol oynadığı dünyada, xüsusən də mətbuat sahəsində Çin və Rusiyanın yanlış obrazları yaradılır.
BAKI, 8 iyun — Sputnik. Rusiya və Çin mediası səyləri birləşdirməli və Qərb mətbuatının dünyada hakim təsir tendensiyasını dəyişməlidirlər.
Bunu Vladivostokda keçirilən Media Sammitində Çin Xalq Respublikasının Vladivostokdakı baş konsulu Pyao Yanfan bildirib.

"Hazırda dünyada, xüsusən də mətbuat sahəsində Qərb mətbuatı dominant rol oynayır, ... Çin və Rusiyanın yanlış obrazları yaradılır. Biz səylərimizi birləşdirməliyik, ilk növbədə, tərəfdaş ölkənin həqiqi obrazını yaratmalı, sonra birgə səylərlə Qərb mətbuatının hakim rol oynadığı bu tendensiyanı dəyişməliyik", - deyə baş konsul bildirib.

O, həmçinin qeyd edib ki, rusiyalı jurnalistlər heç də həmişə Çinin beynəlxalq məsələlərdə mövqeyini düzgün əks etdirmirlər.
"Bəzən müxbirlər Çinin mövqeyini, o cümlədən Ukrayna böhranı, ABŞ-ın siyasəti, Tayvanla bağlı məlumatları dəqiq mənimsəyə bilməyəndə yanlış şeylərə rast gəlirik. Bu mövzuda peşəkarlığı, ixtisası artırmaq, təxminlərə yol verməmək, mövzunu araşdırmaq lazımdır. Bu baxımdan öyrənmək üçün yer var", – deyə Pyao Yanfan əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0