Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaxda həyətləri su basıb, bir neçə restoran su altında qalıb

© Sputnik / Emin AlisahibSel suları
Sel suları - Sputnik Azərbaycan, 1920, 07.06.2023
Abunə olmaq
Güclü külək və leysan nəticəsində sahələrdə taxıl, tütün, qarğıdalı və digər kənd təsərrüfatı bitkilərinə də zərər dəyib.
BAKI, 7 iyun — Sputnik. Qax rayonuna yağan güclü leysan nəticəsində Qapıçay çayı daşıb, həyətləri, evləri və ictimai iaşə obyektlərini su basıb.
AZƏRTAC xəbər verir ki, qeyri-sabit hava şəraiti ötən gün axşam saatlarından etibarən səhər saatlarına qədər davam edib. Rayon ərazisində güclü küləklə müşahidə olunan leysan yağıb. Nəticədə yol kənarında olan ağaclar aşıb, yağış suları həyətyanı sahələrə dolub.
Qapıçay çayında daşqın baş verib. Nəticədə Marsan və Şotavar kəndlərində yerləşən üç restoranın ərazisi subasmaya məruz qalıb.
Marsan kəndində sel suları fərdi yaşayış evlərinin həyətlərinə və zirzəmilərinə dolub.
Güclü külək və leysan nəticəsində sahələrdə taxıl, tütün, qarğıdalı və digər kənd təsərrüfatı bitkilərinə də zərər dəyib.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. Su basmış iaşə obyektlərində suyun çəkilməsi davam edir.
Xəbər lenti
0