CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Telejurnalistin intiharının qarşısı alınıb

© Photo : Courtesy of Ceyhun Rzayevİdman şərhçisi Ceyhun Rzayev
İdman şərhçisi Ceyhun Rzayev - Sputnik Azərbaycan, 1920, 06.06.2023
Abunə olmaq
Elşad Hacıyev qeyd edib ki, o, fikrindən daşındırılaraq polis orqanına dəvət edilib. Jurnalisti narahat edən hallar araşdırılır və zəruri tədbirlərin görülməsi təmin ediləcək.
BAKI, 6 iyun — Sputnik. Telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təcili müdaxilə edilib. Bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
E.Hacıyev qeyd edib ki, o, fikrindən daşındırılaraq polis orqanına dəvət edilib: "Onu narahat edən hallar (ailə məsələsi) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcək".
Qeyd edək ki, telejurnalist Ceyhun Rzayev media hesabında bu gün saat 11-də intihar edəcəyini elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0