Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Palçıq vulkanları ətrafında 22 yeni seysmik stansiya quraşdırılıb

© Official website of President of Azerbaijan RepublicQobustanda palçıq vulkanı
Qobustanda palçıq vulkanı - Sputnik Azərbaycan, 1920, 06.06.2023
Abunə olmaq
Qurban Yetirmişli bildirir ki, vulkanların dinamikasının öyrənilməsi, onların izlənilməsi və parametrlərinin müəyyən edilməsi üçün Abşeronda ilk dəfə olaraq vulkanlar ətrafında və Xəzəryanı stansiyalar arasında seyrəklik olan yerlərdə seysmik stansiyalar quraşdırılıb.
BAKI, 6 iyun — Sputnik. 2022-ci ildə palçıq vulkanları ətrafında 22 yeni seysmik stansiya quraşdırılıb. Bunu Bakıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Seysmologiya və mühəndis seysmologiyası" mövzusunda keçirilən VII beynəlxalq konfransın panel iclasında Qurban Yetirmişli deyib.
O qeyd edib ki, bu gün Azərbaycanda ümumilikdə 84 seysmik stansiya fəaliyyət göstərir. Vulkanların dinamikasının öyrənilməsi, onların izlənilməsi və parametrlərinin müəyyən edilməsi üçün Abşeronda ilk dəfə olaraq vulkanlar ətrafında və Xəzəryanı stansiyalar arasında seyrəklik olan yerlərdə 22 seysmik stansiya quraşdırılıb. Həmin stansiyalar xarici valyuta hesabına alınıblar.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçirilir. (APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0