Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Benzema “Real Madrid”dən gedir

© AFP 2023 / PAUL ELLISКарим Бензема
Карим Бензема - Sputnik Azərbaycan, 1920, 04.06.2023
Abunə olmaq
Benzemanın ispan komandası ilə müqaviləsi La Liqa mövsümünün sonunda başa çatır.
BAKI, 4 iyun - Sputnik. Fransalı hücumçu Kərim Benzema İspaniya Futbol Çempionatı mövsümünün sonunda "Real Madrid"i tərk edəcək.
“Report”un məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər verib.
“Kərim Benzemanın “Real Madrid”dəki karyerası davranış və peşəkarlıq, eləcə də klubumuzun dəyərlərinə nümunə olub. Kərim Benzema gələcəyinə qərar vermək hüququnu qazanıb.
“Real Madrid” həmişə onun evi olub və olacaq. Komanda ona və bütün ailəsinə həyatının yeni mərhələsində ən yaxşısını arzulayır”, - klubun açıqlamasında deyilir.
Benzemanın ispan komandası ilə müqaviləsi La Liqa mövsümünün sonunda başa çatır.
Fransalı futbolçu "Real Madrid"lə birlikdə 4 dəfə İspaniya çempionu, 3 dəfə Kubokun qalibi və 4 dəfə ölkə Superkubokunun qalibi olub. O, həmçinin beş dəfə Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub.
Xəbər lenti
0