CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından iki il ötür

© Sputnik / Kemale AliyevaSirac Abışov və Məhərrəm İbrahimovun xatirəsinə anım guşəsi
Sirac Abışov və Məhərrəm İbrahimovun xatirəsinə anım guşəsi - Sputnik Azərbaycan, 1920, 04.06.2023
Abunə olmaq
Şəhid olmuş hər iki mətbuat işçisi Prezident İlham Əliyevin 2021-ci il iyunun 14-də imzaladığı sərəncamla "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.
BAKI, 4 iyun - Sputnik. Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından iki il ötür.
Xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobili ötən il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb.
Nəticədə çəkiliş qrupunun iki üzvü - S.Abışov və M.İbrahimov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olub, daha 4 nəfər isə yaralanıb.
Xatırladaq ki, Məhərrəm İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində (indiki AZƏRTAC) çalışıb.
M.İbrahimov Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.
Ölümündən sonra M.İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Məhərrəm İbrahimovun evində xatirə guşəsi - Sputnik Azərbaycan, 1920, 10.06.2021
QARABAĞ
Məhərrəm üçün bircə Laçınla Kəlbəcər qalmışdı: şəhid həmkarımızı anarkən....
Sirac Abışov 29 avqust 1989-cu il tarixində Qubadlıda anadan olub. 2019-cu ildən AzTV-də işləməyə başlayıb. Bir övladı olan S.Abışov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra S.Abışov Prezident İlham Əliyevin iyunun 14-də imzaladığı sərəncamla "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sirac Abışovun fotosu - Sputnik Azərbaycan, 1920, 04.06.2023
CƏMİYYƏT
"İndi o torpaqlara Siracın gözü ilə baxırıq" - Şəhid həmkarımızın əziz xatirəsinə
Xəbər lenti
0