DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğanın andiçmə mərasimində kimlər iştirak edəcək? Siyahı

© AP Photo / Francisco SecoTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.06.2023
Abunə olmaq
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminı 78 ölkədən yüksək səviyyəli nümayəndə qatılacaq.
BAKI, 3 iyun — Sputnik. Prezident Rəcəb Tayyib Ərdoğanın bu gün Beştəpədə keçiriləcək "Andiçmə mərasimi"nə 21 dövlət başçısı və 13 baş nazir, eləcə də Türk Dövlətləri Təşkilatı, NATO və digər beynəlxalq təşkilatların nümayəndələri qatılacaq.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, prezident seçkilərində 27 milyon 834 min 589 səslə qalib gələn prezident Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) andiçmə mərasiminə qatılacaq.
Prezident Ərdoğan yerli vaxtla saat 14:00-da (Bakı vaxtilə 15:00-da) Türkiyə Böyük Millət Məclisində and içəcək və vəzifəsinin icrasına başlayacaq.
Ərdoğan mandatını Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri Dövlət Baxçalıdan alacaq. Mərasimdən sonra Ərdoğan saat 15.00-da Anıtkabiri ziyarət edəcək, saat 17.00-da isə Beştəpədə keçiriləcək "Başlama mərasimi"nə qatılacaq.
Beştəpə A qapısına çatdıqdan sonra Atlı Mərasim Birliyi Ərdoğanın karvanına qatılacaq. Ərdoğan süvariləri ilə Beştəpəyə girəndə 101 top atılacaq. Bundan əlavə, Hərbi Hava, Quru və Dəniz Qüvvələrinin ordu qərargahına 101 artilleriya qurğusu atılacaq.
Mərasimdə 21 dövlət başçısı iştirak edəcək. Onların arasında Azərbaycan Prezidenti İlham Əliyev, Venesuela Prezidenti Nikolas Maduro, Bolqarıstan Prezidenti Rumen Radev və digərləri var.
İnauqurasiya mərasimində 13 ölkənin baş naziri, o cümlədən Pakistanın baş naziri Şahbaz Şərif, Macarıstanın baş naziri Viktor Orban, Ermənistanın baş naziri Nikol Paşinyan və Liviyanın baş naziri Əbdülhəmid Dibeybe iştirak edəcək.
Mərasimdə 8 beynəlxalq təşkilatın nümayəndələri, o cümlədən Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Ömurəliyev, NATO-nun baş katibi Yens Stoltenberq, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha da iştirak edəcək.
Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Viktoroviç Volodinin və Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədr müavininin iştirak edəcəyi mərasimdə parlamentin sədri səviyyəsində 12 ölkə təmsil olunacaq.
Xəbər lenti
0