DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Siyarto NATO ölkələrinə Rusiya ilə bağlı çağırış edib

© AFP 2023 / MICHAL CIZEKPeter Siyarto
Peter Siyarto - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Abunə olmaq
Macarıstan XİN rəhbəri bildirib ki, NATO iclasında qəbul ediləcək qərarlar Ukrayna məsələsində Rusiya ilə birbaşa qarşıdurmaya səbəb olmamalıdır
BAKI, 2 iyun — Sputnik. NATO xarici işlər nazirlərinin Osloda keçiriləcək iclasında qəbul ediləcək qərarlar Ukrayna məsələsində Rusiya ilə birbaşa qarşıdurmaya səbəb olmamalıdır. Bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto deyib.
"Ümid edirik ki, bu gün heç kim Rusiya ilə NATO arasında birbaşa qarşıdurmadan yayınmağa imkan verən hazırkı qərarı ləğv etmək istəməyəcək", - Siyarto sosial media hesabında yazıb.
Osloda keçiriləcək qeyri-rəsmi görüşdə NATO ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərlərinin Ukraynaya hərbi yardım, müdafiə xərcləri, NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitinə hazırlıq kimi məsələləri müzakirə edəcəyi gözlənilir.
Xəbər lenti
0