Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Heydər Əliyev uşaqlar haqqında nə deyib?

Abunə olmaq
Heydər Əliyev deyib ki, Azərbaycanda çoxları övladı böyütməyi, onu ayağa qaldırmağı, tərbiyə etməyi həyatının məqsədi və mənası hesab edir.
Ümummilli lider istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik edən zaman ailə və uşaq problemlərinin həllinə böyük diqqət yetirib.
Heydər Əliyev qeyd edib ki, respublikada uşaqlara xüsusi məhəbbətlə yanaşılır, onlara xüsusi münasibət göstərilir.
Onun sözlərinə görə, Azərbaycan xalqının özəlliyi ondan ibarətdir ki, insanlar, təkcə valideyn olmaqla kifayətlənmirlər, ümumilikdə uşaqlara xüsusi qayğı və diqqət göstərirlər.
Çoxları övladı böyütməyi, onu ayağa qaldırmağı, tərbiyə etməyi həyatının məqsədi və mənası hesab edir.
Ulu öndər 1998-ci il iyunun 1-də Uşaqların Müdafiəsi Günü ilə bağlı çıxışında deyib: "Xalqımızın ən nəcib, ən gözəl keyfiyyətlərindən biri, atalarımızdan və ulu babalarımızdan bizə gəlib çatan ənənə ondan ibarətdir ki, Azərbaycan xalqı hər zaman uşaqlara məhəbbətlə yanaşıb!"
Xəbər lenti
0