DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Baş nazir: Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir

© Official website of President of Azerbaijan RepublicGürcüstanın Baş naziri İrakli Qaribaşvili
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili - Sputnik Azərbaycan, 1920, 01.06.2023
Abunə olmaq
Gürcüstan hökumət başçısı qeyd edib ki, belə təmaslar həm bu ölkələrin, həm də bütün regionun maraqlarına cavab verir.
BAKI, 1 iyun — Sputnik. "Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir".
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "Avropa siyasi birliyi"nin sammiti öncəsi keçirdiyi brifinqdə jurnalistlərə deyib.
Gürcüstan hökumət başçısı qeyd edib ki, belə təmaslar həm bu ölkələrin, həm də bütün regionun maraqlarına cavab verir: "Gürcüstan 44 günlük müharibədən sonra İrəvanla Bakı arasındakı təmaslarda vasitəçi kimi çıxış etdi. Tbilisinin mövqeyi və rolu regionda sabitliyin və sülhün möhkəmləndirilməsi kontekstində neytral və qərəzsizdir".
Xəbər lenti
0