Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanı dəstəkləyən aktivist Ceyms Uolters Avstraliyada ölü tapılıb

© AP Photo / Emilio Morenattimeyit
meyit - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Uolters Rusiyaya dəstək və Ukraynaya hərbi yardıma qarşı Avstraliyada təşkil olunan mitinqlərə gəlirdi.
BAKI, 31 may — Sputnik. Rusiyanı dəstəkləyən aktivist Ceyms Uolters Avstraliyada ölü tapılıb.
Bu barədə "Mail" qəetinin internet versiyası xəbər verib.
Daha əvvəl Yeni Cənubi Uels ştatının polisinin bildirdiyinə görə, 42 yaşlı Ceyms Uolters mayın 13-də yoxa çıxıb. Son dəfə o, Çatsvud şəhərində görülüb. "Mail"in məlumatına görə, avstraliyalının cəsədi mayın 23-də tapılıb.
Qəzet, həmçinin Uoltersin fotosunu dərc edib. Fotoda o, üzərində DXR bayrağı olan maykada və Rusiya Prezidenti Vladimir Putinin böyük portretinin fonundadır. Aktivistin əlindəki şəkillərdən birində isə ingiliscə belə yazılıb: "Ukrayna terror dövlətidir, Rusiyanı dəstəkləyin!"
"Avstraliya kazakı" kimi tanınan rus əsilli fəal Semyon Boykov telefonla "RİA Novosti"yə bildirib ki, Uolters Rusiyaya dəstək və Ukraynaya hərbi yardıma qarşı Avstraliyada təşkil olunan mitinqlərə gəlirdi.
"Son vaxtlar Uolters Ukrayna diasporasının təhdidlərindən şikayətlənirdi. Onun öldürülməsi və ya özünə qəsd həddinə çatdırılması mümkündür", - deyə Boykov bildirib.
Onun sözlərinə görə, Uoltersin cəsədi ekspertizadan keçirilir, lakin fəalın ölüm səbəbi barədə məlumat verilmir. Polis də heç bir məlumat açıqlamayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0