Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Fidan Hacıyeva Müslim Maqomayevin repertuarından olan “Azərbaycan” mahnısını ifa edib

© Sputnik / Murad OrujovXalq artisti Fidan Hacıyeva
Xalq artisti Fidan Hacıyeva  - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Bakıdakı Rus evində Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin konserti keçirilib.
BAKI, 31 may - Sputnik. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Bakıdakı Rus evində (RİMM) Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin konserti keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat mərkəzindən bildirilib ki, Rus Evinin rəhbəri İrek Zinnurov qonaqları və konsertin iştirakçılarını salamlayıb.
Musiqi məktəbinin tələbələri qonaqları maraqlı və geniş proqramla sevindiriblər. Final çıxışda məktəbin rəhbəri Fidan Hacıyeva şagirdlərlə birgə Müslim Maqomayevin repertuarından olan əfsanəvi “Azərbaycan” mahnısını ifa edib.
Tədbirdə diplomatik korpusun nümayəndələri, ziyalılar və həmvətənlər iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0