Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Cəbrayılda günəş elektrik stansiyasının texniki və kommersiya parametrləri yekunlaşıb

© AFP 2023 / JEAN-FRANCOIS MONIERGünəş panelləri, arxiv şəkli
Günəş panelləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Stansiyanın tikiləcəyi ərazidə mina təmizləmə işləri, demək olar ki, yekunlaşıb. Lakin bəzi hissələrdə daha dərin təmizləmə lazım olduqdan, həmin işlər həyata keçirilir.
BAKI, 31 may — Sputnik. Cəbrayılda 240 MVt gücündə "Şəfəq" adlı günəş elektrik stansiyasının (GES) tikintisi layihəsinin texniki və kommersiya parametrlərinin razılaşdırılması yekunlaşmaq üzrədir.
Bu barədə jurnalistlərə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
"Energetika Nazirliyi ilə danışıqlar artıq yekunlaşma üzrədir. Texniki parametrlər, kommersiya parametrləri də, demək olar ki, yekunlaşıb. Prinsip etibarılə, fikir ayrılığı, demək olar ki, yoxdur. Mövqe kifayət gedər yaxınlaşıb və son məqamlar qalıb, onlar dəqiqləşəndən sonra elan ediləcək", - Bəxtiyar Aslanbəyli qeyd edib.
O əlavə edib ki, stansiyanın tikiləcəyi ərazidə mina təmizləmə işləri, demək olar ki, yekunlaşıb. Lakin bəzi hissələrdə daha dərin təmizləmə lazım olduqdan, həmin işlər həyata keçirilir.
Xatırladaq ki, ötən ilin iyununda Energetika Nazirliyi və BP arasında Azərbaycanın cənub-qərb bölgəsində günəş elektrik stansiyası layihəsi ilə bağlı növbəti addımlar üzrə razılıq əldə edilib. Tərəflər arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. Bu sənəd "Şəfəq" adlı günəş elektrik stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir. (APA)
Xəbər lenti
0