Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Ben bu cihana sığmazam" serialında Azərbaycan xəritəsi ilə bağlı yanlışlıq aradan qalxdı

© Photo : Güzel Adamlar Medya “Ben bu cihana sığmazam” adlı serialdan kadr
 “Ben bu cihana sığmazam” adlı serialdan kadr - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Mayın 23-də Türkiyənin ATV televiziyasında yayımlanan “Ben bu cihana sığmazam” adlı serialın 32-ci seriyasında təhrif olunmuş Azərbaycan xəritəsi istifadə edilib.
BAKI, 31 may - Sputnik. Türkiyə serialında Azərbaycan xəritəsi ilə bağlı səhv aradan qaldırılıb, üzr istənilib.
Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, mayın 23-də Türkiyənin ATV televiziyasında yayımlanan “Ben bu cihana sığmazam” adlı serialın 32-ci seriyasında təhrif olunmuş Azərbaycan xəritəsi istifadə edilib.
Ekran əsərinin Azərbaycandan olan çoxsaylı izləyicilərinin də haqlı narazılığına səbəb olan bu halla bağlı sözügedən serialı çəkən “Güzel Adamlar Medya” şirkəti ilə əlaqə saxlanılıb. Şirkət rəsmiləri texniki səhv olduğunu bildirərək yanlışlığa görə Azərbaycan tərəfindən üzr istəyib. Şirkətə Azərbaycanın xəritəsi təqdim olunub və şirkət həmin seriyanın təkrarında xəritənin düzəldiləcəyini bildirib.
Mayın 27-də ATV telekanalında 32-ci seriyanın təkrarı yayımlandığı zaman xəritə ilə bağlı səhv aradan qaldırılıb və Azərbaycan xəritəsi düzgün formada istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0