Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya XİN əcnəbilərə çağırış etdi

© AFP 2023 / ALEXANDER NEMENOVRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 30.05.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, bu hərəkətin arxasında böyük ehtimalla öz ölkələrinin vergi ödəyiciləri hesabına Ukrayna üçün əsgər cəlb edən Britaniya kəşfiyyat xidmətləri dayanır.
BAKI, 30 may — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi əcnəbi vətəndaşları Britaniya kəşfiyyat xidmətlərinin Ukraynadakı əməliyyatlara sərfiyyat materialı kimi cəlb etmə cəhdlərinə uymamağa çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat Ukraynanın əks-hücumunda iştirak etmək üçün Yaxın Şərq və Şimali Afrika ölkələrindən muzdluların axtarışı ilə bağlı Britaniyanın vakansiya sistemində məlumatların yerləşdirilməsinə diqqət çəkib.

"Şübhə yoxdur ki, bu hərəkətin arxasında böyük ehtimalla öz ölkələrinin vergi ödəyiciləri hesabına Ukrayna üçün "uğurlu əsgərləri" işə götürməyə külli miqdarda pul ödəməyə hazır olan Britaniya kəşfiyyat xidmətləri dayanır. Biz hər kəsi müvafiq nəticələr çıxarmağa və Kiyev terror rejimi üçün axmaqcasına "sərfiyyat materialları" axtaran britaniyalıların quldurluq cəhdlərinə uymamağa çağırırıq", - deyə Zaxarova bildirib.

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidMariya Zaxarova
Официальный представитель Министерства иностранных дел России Мария Захарова на брифинге в рамках XXV Петербургского международного экономического форума – 2022 (ПМЭФ) в Санкт-Петербурге - Sputnik Azərbaycan, 1920, 30.05.2023
Mariya Zaxarova
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0