DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə seçkilər zamanı hər hansı neqativ hadisə baş verməyib

© AFP 2023 / ILYAS AKENGINTürkiyədə prezident seçkiləri
Türkiyədə prezident seçkiləri - Sputnik Azərbaycan, 1920, 28.05.2023
Abunə olmaq
Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener səsvermə prosesində xidməti olan hər kəsə, həmçinin seçicilərə təşəkkür edib.
BAKI, 28 may - Sputnik. “Səsvermə vaxtında hansısa neqativ hadisə baş verməyib”.
Bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener deyib.
O, səsvermə prosesində xidməti olan hər kəsə, həmçinin seçicilərə təşəkkür edib: “Nəticənin millətimiz və dövlətimiz üçün xeyirli olmasını arzu edirəm”.
Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.
Yerli vaxtla saat 17:00-da ölkədə bütün seçki məntəqələrində səsvermə yekunlaşıb və məntəqələr bağlanıb.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.
Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.
Xəbər lenti
0