CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

UNMAS-ın direktoru: "BMT ölkələrin minalardan təmizlənməsinə yardım edəcək"

© Photo : REPORTMina nişanı
Mina nişanı - Sputnik Azərbaycan, 1920, 26.05.2023
Abunə olmaq
ANAMA idarə heyətinin sədrinin müavini Samir Poladov panel çıxışında bildirib ki, indiyə qədər qeydə alınan mina partlayışlarının təxminən 70 faizi əvvəlki təmas xəttindən arxada baş verib
BAKI, 26 may — Sputnik. Bakıda "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfrans iştirakçılarına onlayn müraciətində Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidmətinin (UNMAS) direktoru İlene Kon təəssüf hissi ilə qeyd edib ki, Azərbaycan da minalarla ən çox çirklənmiş ölkələr arasındadır. Xanım Kon çıxışında deyib ki, BMT ölkələrin minalardan təmizlənməsinə yardım etməyə, minaların yayılmasının qarşısının alınmasını təşviq etməyə davam edəcək.
O bildirib ki, Azərbaycan hökuməti, ANAMA minaların təmizlənməsi istiqamətində əhəmiyyətli işlər görüb. BMT rəsmisi qeyd edib ki, ANAMA həm də digər ölkələrlə öz təcrübəsini bölüşür ki, bu da vacibdir: "Mən həmçinin bu istiqamətdə verdiyi dəstəyə görə Azərbaycandakı BMT əməkdaşlarına təşəkkür edirəm, koordinatorumuza təşəkkür edirəm. Bundan sonra da biz birlikdə işləməyə davam edəcəyik".
"Sülhün Kökləri" təşkilatının təsisçisi və rəhbəri Heydi Kühn də Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına onlayn müraciət ünvanlayıb. O, bir müddət əvvəl Azərbaycana səfərini xatırladaraq deyib ki, səfər çərçivəsində minalardan əziyyət çəkmiş insanların, qadınların acı hekayələrini eşidib, onları dinləyib: "Biz minalanmış əraziləri bağlara çevirməliyik. Bu gün 60-a yaxın ölkə 100 milyona yaxın mina və partlamamış sursatla çirklənib. Azərbaycan da bu ölkələrdən biridir. Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış hərbi sursat basdırılıb. Biz minaların təmizlənməsi və yenilərinin basdırılmasının qarşısını almaq üçün birləşməli, işləməliyik. Biz insanlıq üçün birləşməliyik".
ANAMA idarə heyətinin sədrinin müavini Samir Poladov panel çıxışında bildirib ki, indiyə qədər qeydə alınan mina partlayışlarının təxminən 70 faizi əvvəlki təmas xəttindən arxada baş verib. O vurğulayıb ki, tikinti-quruculuq işləri üçün ilk növbədə bu ərazilər minalardan təmizlənməlidir: "Bu ərazilərdə kasetli sursatlar, piyada və tank əleyhinə minalar, partlamamış sursatlar aşkar olunur. Ən çox rast gəlinən minalar plastik minalardır. Bu, Ermənistanda istehsal olunan minalardır. Ermənistanda istehsal olunan bu minalar Rusiyada istehsal olunan minaların bir növ kopyalarıdır, amma müəyyən dərəcədə fərqlənirlər".
Samir Poladov deyib ki, Azərbaycana verilən xəritələrin yalnız 25 faizinə inanmaq olar. Statistika göstərir ki, indiyə qədər mina partlayışlarının 70 faizi əvvəlki təmas xəttində arxada baş verib. ANAMA-nın hədəfi təmizlənən ərazilərin sahəsini illik 50 min hektara çatdırmaqdır. Ərazilərin təmizlənməsi zamanı ən çox rast gəlinən minalar plastik minalardır. Bu, Ermənistanda istehsal olunan minalardır. Ermənistanda istehsal olunan bu minalar Rusiyada istehsal olunan minaların bir növ kopyalarıdır, amma müəyyən dərəcədə fərqlənirlər.
Xəbər lenti
0