DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran XİN rəhbəri İraqa çağırış etdi

© Sputnik / Evgeny Biyatov / Mediabanka keçidİran bayrağı
İran bayrağı - Sputnik Azərbaycan, 1920, 26.05.2023
Abunə olmaq
Xarici işlər nazirləri ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, iki ölkə arasında imzalanmış təhlükəsizlik sazişinin icrasını müzakirə ediblər.
BAKI, 26 may — Sputnik. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə iraqlı həmkarı Fuad Hüseyn arasında telefon danışığı baş tutub. Bu barədə IRNA agentliyi məlumat yayıb.
Nazirlərin telefon danışığı zamanı İran XİN rəhbəri iki ölkə arasında bank sahəsində əməkdaşlığın maksimum dərəcədə gücləndirilməsinə çağırış edib.
Xarici işlər nazirləri həmçinin ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, iki ölkə arasında imzalanmış təhlükəsizlik sazişinin icrası, İraqın İran qazını aldığı qaz kəmərinin gücləndirilməsinin zəruriliyi, regional əməkdaşlıq və digər məsələləri də müzakirə ediblər.
Xəbər lenti
0