CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yaşıl elm" platformasının rəhbəri Taryel Abdullayev həbs edilib

© AFP 2023 / PHILIPPE HUGUENHəbs edilmiş adam
Həbs edilmiş adam - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Taryel Abdullayev dörd şəxsə qarşı xaricdə təhsil almaq adı ilə dələduzluq etməkdə ittiham edilir.
BAKI, 25 may — Sputnik. "Yaşıl elm" platformasının baş redaktoru Taryel Abdullayev həbs edilib.
Taryel Abdullayev dələduzluqda ittiham olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3. 178.2.4-cü (dələduzluq) maddələri ilə ittiham verilib.
İş üzrə 4 nəfər zərərçəkən şəxs var. Taryel Abdullayev həmin şəxslərə qarşı xaricdə təhsil almaq adı ilə dələduzluq etməkdə ittiham edilir.
Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə Taryel Abdullayev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Məhkəmə vəsatəti təmin edib və Taryel Abdullayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Taryel Abdullayev bundan sonra məhkəməyə barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsi ilə bağlı müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyib (APA).
Xəbər lenti
0