CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri" dəyirmi masaya çıxarıldı

© Photo : AZERTAC"Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri" dəyirmi masası
Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri dəyirmi masası - Sputnik Azərbaycan, 1920, 23.05.2023
Abunə olmaq
Masada Azərbaycanın və Rusiyanın aparıcı media qurumlarının rəhbərləri və nümayəndələri, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman iştirak ediblər.
BAKI, 23 may — Sputnik. Rusiyanın TASS informasiya agentliyində "Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri" mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə Azərbaycanın və Rusiyanın aparıcı media qurumlarının rəhbərləri və nümayəndələri, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş fotosərgi ilə tanış olublar. TASS agentliyinin müxtəlif bölmələrinə təşkil olunan ekskursiyada Azərbaycan nümayəndə heyətinin üzvlərinə agentliyin tarixi və fəaliyyəti barədə məlumat verilib.
Dəyirmi masanı açan TASS agentliyinin Baş direktoru Sergey Mixaylov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin fevralında Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS-da Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. "Bu görüşdə Azərbaycanın və Rusiyanın aparıcı KİV-ləri arasında fikir mübadiləsi, qarşılıqlı fəaliyyət üzrə dəyirmi masa təşkil etmək ideyası yarandı. Xüsusilə xoşdur ki, bizim bu tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin bayram edildiyi günlərdə keçirilir. Heydər Əliyev TASS-ın böyük dostu idi, mətbuat konfranslarının keçirilməsi üçün həmişə bizim agentliyi seçirdi, jurnalistlərlə görüşlərdən fərəhlənirdi. Bu dostluq İlham Heydər oğlu tərəfindən də davam etdirilir və biz bu münasibəti çox yüksək dəyərləndirir, onu bundan sonra da inkişaf etdirməyə ümid bəsləyirik", - deyə TASS-ın Baş direktoru bildirib.
© Photo : AZERTAC"Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri" dəyirmi masası
Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri dəyirmi masası - Sputnik Azərbaycan, 1920, 23.05.2023
"Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri" dəyirmi masası
Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev qeyd edib ki, media nümayəndələrinin görüşləri əməkdaşlığın keyfiyyətinin artırılmasına və mövcud münasibətlərin bundan sonra da möhkəmlənməsinə yol açır. O vurğulayıb ki, müasir dünyada media xəbər meydanında yeni trendlərin təsiri altında köklü dəyişikliklərə məruz qalır və belə şəraitdə media qurumları arasında təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb edir. V.Əliyev TASS agentliyi ilə qarşılıqlı əlaqələr kontekstində AZƏRTAC-ın tarixindən və keçdiyi inkişaf yolundan danışıb.
AZƏRTAC-ın İdarə Heyətinin sədri qeyd edib ki, Azərbaycanda rusdilli mətbuatın geniş şəbəkəsinin olması ölkəmizi Cənubi Qafqazın digər ölkələrindən fərqləndirən xüsusiyyətdir. "Azərbaycanda rus dilinin dəstəklənməsinə və inkişafına ölkəmizin rəhbərinin yetirdiyi diqqət olmadan belə vəziyyət mümkün olmazdı. Azərbaycanın rusdilli nəşrləri informasiyanı savadlı, peşəkarcasına təqdim etmək sayəsində təkcə ölkədə deyil, onun hüdudlarından kənarda da çoxminli auditoriya cəlb edib", - deyə V.Əliyev bildirib.
Dəyirmi masada çıxış edənlər iki ölkənin mediasının yeni reallıqlarda, informasiya mübadiləsinin inkişafında qarşılıqlı əlaqələrinin vacibliyini vurğulayıb, gələcək əməkdaşlıq yolları barədə müzakirələr aparıblar.
Xəbər lenti
0