DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Nyu-Yorkdakı Türk Evinə terror hücumu olub

© Photo : REPORTNyu-Yorkda Türk Evi
Nyu-Yorkda Türk Evi - Sputnik Azərbaycan, 1920, 22.05.2023
Abunə olmaq
Hazırda Türk Evində Türkiyədəki Prezident seçkilərinin ikinci turu üçün seçki məntəqəsi fəaliyyət göstərir.
BAKI, 22 may — Sputnik. ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evinə hücum olub.
Türkiyə mətbuatı yazır ki, binanın şüşələri sındırılıb.
Hücumu terrorçuların həyata keçirdiyi bildirilir. Məlumata görə, binanın şüşələri dəmir alətlə sındırılıb.
Nyu-York Şəhər Polis İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, hazırda Türk Evində Türkiyədəki Prezident seçkilərinin ikinci turu üçün seçki məntəqəsi fəaliyyət göstərir.
Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğu da burada yerləşir.
Xəbər lenti
0