CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah yaz havası olacaq - Proqnoz

© Sputnik / Ilham MustafayevXınalıq qolu, arxiv şəkli
Xınalıq qolu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.05.2023
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti mayın 22-ə gözlənilən hava barədə məlumatı açıqlayıb.
BAKI, 21 may - Sputnik. Mayın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq, Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0