Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Şimal-Cənub" BND - Rusiya karbohidrogenlərinin tranzitini genişləndirəcək

© Azerbaijan Railways CJSCDəmir yolu
Dəmir yolu - Sputnik Azərbaycan, 1920, 19.05.2023
Abunə olmaq
Dəmir yolunun Rəşt-Astara hissəsi Azərbaycan ərazisindən keçən "Şimal-Cənub" Qərb marşrutunun tam gücü ilə işə salınması yolu nda uzun illərdir ki, əngəl olub. Bu sahənin tikintisinə başlamağa nə təkan verdi?
BAKI, 19 may — Sputnik. Rusiya və İran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin mühüm həlqəsi olan Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalayıblar. Eyni zamanda, tikinti işlərinə Rusiya Federasiyası tərəfindən 1,3 milyard dollar məbləğində beynəlxalq kredit ayrılıb. Qeyd edək ki, layihənin ümumi dəyəri 1,6 milyard dollardır.
Layihənin həyata keçirilməsinə doğru uzun yol
Dəmir yolunun Rəşt-Astara hissəsi uzun illərdir ki, Azərbaycan ərazisindən keçən "Şimal-Cənub" Qərb marşrutunun tam gücü ilə işə salınması yolunda əngəl olub. Eyni zamanda, Bakı bütün bu müddət ərzində layihənin həyata keçirilməsindən ötrü bu məqsədlər üçün 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına ciddi səylər göstərir.
İran müxtəlif arqumentləri, o cümlədən maliyyə çatışmazlığını, yük daşımalarının az olması səbəbindən layihənin rentabelliyini, habelə Azərbaycan və İran arasında dəmir yolu əlaqəsinin sinxronlaşdırılmasının çətinliyini əsas gətirərək işin başlanmasını ləngidib.
Xatırladaq ki, Azərbaycanda dəmir yolu xəttinin eni 1520 mm, İranda isə 1435 mm-dir ki, bu da müəyyən çətinliklər yaradır.
Lakin bu məsələni həll etmək mümkün olub: Rusiya ilə İran arasında imzalanmış müqavilədə qeyd edilib ki, dəmir yolunun Rəşt-Astara hissəsi iki növ: 1435 və 1520 mm-lik ölçü ilə tikiləcək.
"Şimal-Cənub" Qərb marşrutu geniş vüsət alır
Rəşt-Astara hissəsinin tikintisi başa çatdıqdan sonra Azərbaycanın təklif etdiyi artıq hazır infrastruktur hesabına "Şimal-Cənub" Qərb marşrutu üzrə yük axınının artacağı gözlənilir. Bundan əlavə, Beynəlxalq nəqliyyat dəhlizinin (BND) Qərb marşrutu bir sıra üstünlüklərə malikdir.
Ekspertlər hesab edirlər ki, İran və Rusiya arasında birbaşa dəniz əlaqəsini nəzərdə tutan BND "Şimal-Cənub" transxəzər marşrutu üzrə gəmilərin sayının kifayət qədər olmaması səbəbindən yük daşımalarına artan tələbatı tam ödəyə bilmir.
Belə ki, Rusiya Federasiyası Birləşmiş Gəmiqayırma Korporasiyasının (BGK) qiymətləndirməsinə əsasən, bu marşruta xidmət göstərmək üçün ən azı 45 ədəd "Volgo-Don Max" tipli konteyner gəmisi tələb olunur. Lakin indiyədək bunun yarısı qədər - 25-ə qədər gəmi tikilməsi planlaşdırılıb.
Eyni zamanda, planlaşdırıldığı kimi Rusiya, Qazaxıstan, Türkmənistan və İran ərazisindən keçəcək BND-nin şərq marşrutu bir sıra məsələlərin həlli ilə bağlıdır. Tərəflər, xüsusən, tarif dərəcələrini sinxronlaşdırmalı və malların daşınması üçün gömrük orqanlarının işini əlaqələndirməlidir.
Rusiya, Azərbaycan və İran arasında gömrük strukturlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması ilə bağlı razılaşmalar olduğundan, qərb "Şimal-Cənub" marşrutunda belə problemlər yoxdur.
BND üçün təkan kimi Rusiya karbohidrogenləri
"Şimal-Cənub" BND Rusiyanın yük axınının qərb istiqamətindən şərqə və cənuba istiqamətləndirilməsindən sonra xüsusi əhəmiyyət və aktuallıq qazanıb. Ötən ilin yekunlarına görə, Rəşt-Astara dəmir yolunun hissəsinin hələ tamamlanmamasına baxmayaraq bu nəqliyyat dəhlizi ilə yalnız Azərbaycan ərazisi ilə yükdaşımalar 90% artıb. Bundan əlavə, BND-nin bütün marşrutları üzrə daşınan yüklərin strukturunda dəyişiklik, habelə toplu və maye yüklərin daşınmasında artım müşahidə olunur.
Rusiya neftinin və neft məhsullarının ixracının yenidən istiqamətləndirilməsi "Şimal-Cənub" BND-nin cəlbediciliyini artırıb. Belə ki, Rusiya Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinovun sözlərinə görə, 2022-ci ildə Rusiya neftinin Hindistana ixracı 22 dəfə artıb. Bu dövrdə Rusiya neft ixracının 70%-i Hindistan və Çinin payına düşüb.
Ekspertlərin fikrincə, məhz Rusiya karbohidrogenlərinin Asiya bazarında satışı Rəşt-Astara hissəsinin tikintisi məsələsini aktuallaşdıraraq, onu Rusiya neft tədarükçüləri üçün cəlbedici edib.
Reşt-Astara dəmir yolu hissəsinin tikinti layihəsinin kuratoru təyin olunan Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksandr Novakın İrana gəldikdən dərhal sonra bir sıra neft-qaz müəssisələrini ziyarət etməsi və bu ölkənin rəsmiləri ilə yanacaq-enerji və nəqliyyat sahələrində Rusiya ilə əməkdaşlıq perspektivlərini müzakirə etməsi bunu təsdiqləyir.
Beləliklə, "Şimal-Cənub" BND-nin qərb marşrutunun tam gücü ilə istifadəyə verilməsi Rusiyadan karbohidrogenlərin ixracı üçün imkanları genişləndirəcək, neftin və neft məhsullarının Hindistandakı istehlakçılara, oradan isə digər Asiya bazarlarına maneəsiz çatdırılmasına imkan verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya və İran Rəşt-Astara dəmir yolunun inşası barədə saziş imzalayıb - Sputnik Azərbaycan, 1920, 17.05.2023
RUSİYA
Rusiya və İran Rəşt-Astara dəmir yolunun inşası barədə saziş imzalayıb
Xəbər lenti
0