Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiyevə "Storm Shadow" raketlərinin tədarükü beynəlxalq normaları pozur - Patruşev

© AFP 2023 / RABIH MOGHRABIStorm Shadow
Storm Shadow - Sputnik Azərbaycan, 1920, 19.05.2023
Abunə olmaq
O qeyd edib ki, hərbi münaqişəni uzatmaq üçün NATO ölkələri Ukraynaya 600-dən çox növ silah və hərbi texnika tədarükünü davam etdirir.
BAKI, 19 may — Sputnik. Qərb tərəfindən Kiyevə "Storm Shadow" uzaqmənzilli qanadlı raketlərin tədarükü silahlanma sahəsində beynəlxalq standartlara ziddir.
Bu barədə "TASS" informasiya agentliyi Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin sözlərinə istinadən xəbər verib.
O qeyd edib ki, hərbi münaqişəni uzatmaq üçün NATO ölkələri Ukraynaya 600-dən çox növ silah və hərbi texnika tədarükünü davam etdirir.
"İngiltərə Ukraynanı "Storm Shadow" uzaqmənzilli qanadlı raketlərlə təchiz edib", - agentlik Patruşevdən sitat gətirib.
Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, bu hərəkətlər silah ixracı ilə bağlı beynəlxalq qərarlara tamamilə ziddir.
Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri sutka ərzində 7 "Storm Shadow" uzaqmənzilli qanadlı raketləri ələ keçiriblər.
Mayın 15-də məlumat yayılıb ki, ukraynalı terrorçular iki "Storm Shadow" qanadlı raketindən istifadə edərək Luqanska raket zərbəsi endirib.
Xəbər lenti
0