Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"HeliRussia" sərgisində unikal pilotsuz helikopter nümayiş etdirilib

© Sputnik / Валерий МельниковAвтоматизированная беспилотная авиационная платформа вертолетного типа БАС-200
Aвтоматизированная беспилотная авиационная платформа вертолетного типа БАС-200 - Sputnik Azərbaycan, 1920, 19.05.2023
Abunə olmaq
Uçuş çəkisi və faydalı yük baxımından dünyada "SH-3000"-nin bənzəri yoxdur.
BAKI, 19 may — Sputnik. Moskvada "HeliRussia" helikopter sənayesinin sərgisində "SH-3000" aparatı nümayiş etdirilib. Tərtibatçıların fikrincə, uçuş çəkisi və faydalı yük baxımından dünyada onun bənzəri yoxdur.
Bu barədə "Rossiyskaya qazeta" xəbər verir.
Pilotsuz helikopterin uzunluğu təqribən 13 metrdir, dron 210 km/saata qədər sürətlənir. O, 900 kilometrə qədər məsafə qət edərək beş saata qədər uçuşda ola bilir.
Perspektivli pilotsuz uçan aparat ilk növbədə Sibir və Uzaq Şimalda əlçatmaz yerlərdə malların daşınması üçün nəzərdə tutulub.
Bundan əvvəl Sverdlovsk vilayətində sursat təchizatını dayandıra və qapalı mövqelərdə zirehli texnikaları məhv edə bilən "Upır" pilotsuz uçan aparatı hazırlanıb.
Xəbər lenti
0