DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa sanksiyalara görə Rusiyadan daha çox çətinliklərlə üzləşir – nazir Peter Siyarto

© AFP 2023 / MICHAL CIZEKPeter Siyarto
Peter Siyarto - Sputnik Azərbaycan, 1920, 19.05.2023
Abunə olmaq
Macarıstanın xarici işlər naziri qeyd edib ki, Ukrayna münaqişəsi "Avropada baş verir".
BAKI, 19 may — Sputnik. Rusiyaya qarşı sanksiyalar Avropaya məhdudiyyətlərə görə Moskvadan daha çox çətinliklər yaşadıb.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Almatıda keçirilən ikinci "Avropa İttifaqı - Mərkəzi Asiya" adlı İqtisadi Forumda çıxışı zamanı deyib.
"Sanksiyalar bizim üçün çox böyük çətinliklər yaradıb, hətta Rusiyadan da çox. Buna görə də Macarıstan bu sanksiya siyasətini aradan qaldırmağa çağırır", - deyə nazir bildirib.
Siyarto, Avropa ölkələrinin "son illərdə iqtisadiyyat sahəsində inanılmaz problemlərlə üzləşmə" səbəbinin koronavirus pandemiyası ilə əlaqədar olmasını qeyd edərək, sonradan bu səbəbin Ukrayna münaqişəsi ilə əvəz olunmasına işarə edib. Nazir bildirib ki, silahlı münaqişə "Avropada baş verir" və Ukraynanın Macarıstanla "birbaşa" qonşu ölkə olduğunu da vurğulayıb.
Xatırladaq ki, bu yaxınlarda Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, hazırda Avropa sanksiyalar siyasətini və Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil, lakin onun fikrincə, "həqiqət anı" tezliklə gələcək, çünki belə bir siyasət Avropanın iqtisadiyyatını və təhlükəsizliyini məhv edir.
Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezident Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Xəbər lenti
0