Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

İlin sonuna kimi on beş ali məktəb akkreditasiyadan keçəcək

© AFP 2023 / INA FASSBENDERMəktəb, arxiv şəkli
Məktəb, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
İlin sonuna kimi daha 3 ali təhsil müəssisəsi təlim və metodiki dəstəkdən faydalanacaq.
BAKI, 18 may — Sputnik. 2023-cü ildə akkreditasiya prosesindən keçəcək ali təhsil müəssisələrinin sayı açıqlanıb.
Bu barədə “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” mövzusunda Beynəlxalq Forumda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Ülkər Səttarova məlumat verib. Onun sözlərinə görə, ilin sonuna kimi 15 ali məktəbtəhsil müəssisəsinin akkreditasiya prosesindən keçəcəyi gözlənilir:

“Biz ilk dəfə olaraq milli akkreditasiya prosesində tələbələri, beynəlxalq ekspertləri və əmək bazarının nümayəndələrini akkreditasiya panellərinə cəlb edirik. Keyfiyyətin kənar qiymətləndirilməsi ilə yanaşı, biz hərtərəfli təlim və metodiki dəstək vasitəsilə Azərbaycanın ali təhsil müəssisələrində beynəlxalq təcrübəni də yayırıq".

"2023-cü ildə TKTA 14 ali məktəbə təlim və metodiki dəstək göstərib. İlin sonuna kimi daha 3 ali təhsil müəssisəsi təlim və metodiki dəstəkdən faydalanacaq”, - deyə o əlavə edib.
(APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0