CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azyaşlıların ölümü ilə bağlı cinayət işi başlanıb - Baş Prokurorluq

© Official website of President of Azerbaijan RepublicBaş Prokurorluq, arxiv şəkli
Baş Prokurorluq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
Hadisənin baş vermə halı və şəraitinin eləcə də, iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
BAKI, 18 may - Sputnik. Xəbər verildiyi kimi mayın 17-si paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda 2 nəfər azyaşlının meyitinin aşkar edilməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, toplanmış ilkin sübutlar əsasında fakta görə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisənin baş vermə halı və şəraitinin eləcə də, iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0