CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün layihə hazırlanır

© Sputnik / Elvin AhmadPensiyaçı qadın, arxiv şəkli
Pensiyaçı qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
Özəl sosial müdafiə fondlarının yaradılması istiqamətində araşdırmalar aparılır.
BAKI, 18 may — Sputnik. Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün normativ hüquqi sənədlərin layihələri hazırlanır.
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, özəl sosial müdafiə fondlarının yaradılması istiqamətində araşdırmalar aparılır:

"Artıq bununla bağlı normativ hüquqi sənədlərin layihələri hazırlanır. Dövlət qurumları ilə müzakirələr yekunlaşdıqdan sonra baxılması üçün hökumətə təqdim olunacaq".

Qeyd edək ki, bir müddət öncə Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deputat Vahid Əhmədov Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsi müzakirəsinin vacibliyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0