CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda "halal" məhsullara dair iki milli standart hazırlanacaq

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidHalal etiketi, arxiv şəkli
Halal etiketi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru bildirib ki, Azərbaycanda “halal”ın standartlaşdırılması və sertifikatlaşdırılması ilə bağlı işlər sistemli və bütün səviyyələrdə təşkil olunub.
BAKI, 18 may - Sputnik. Azərbaycan halal məhsulların sertifikatlaşdırılması və standartlaşdırılması məsələsində Rusiya və İslam dünyası ölkələri ilə əməkdaşlıqda maraqlıdır. Bunu Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov bildirib.

“Halal”ın standartlaşdırılması və sertifikatlaşdırılması üzrə bütün səviyyələrdə, o cümlədən dövlət səviyyəsində iş sistemli və mütəşəkkildir”, - Bayramov cümə axşamı KazanForum çərçivəsində keçirilən "Halal məhsulların standartlaşdırılması və sertifikatlaşdırılması üzrə beynəlxalq təcrübə" adlı plenar iclasda deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda halal məhsulların sertifikatlaşdırılması üzrə səkkiz milli standart təsdiq edilib, bu il daha iki standartın hazırlanması planlaşdırılır.
Xatırladaq ki, cümə axşamı, mayın 18-də Kazan Expo sərgi mərkəzində iki gün ərzində davam edən “Rusiya-İslam Dünyası: KazanForum” XIV Beynəlxalq İqtisadi Forumu işə başlayıb.
(“Tatar-inform”un məlumatı əsasında)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0