Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Xarici ölkələrin parlament sədrləri Heydər Əliyevlə bağlı nə deyiblər?

© Sputnik / Perventsev / Mediabanka keçidHeydər Əliyev
Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 16.05.2023
Abunə olmaq
Milli Məclisin Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında 26 ölkə parlamentindən və 4 beynəlxalq parlament təşkilatından nümayəndələr iştirak ediblər.
BAKI, 16 may-Sputnik. Mayın 16-da Azərbaycanın Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilib.
İclasda 26 ölkə parlamentindən və 4 beynəlxalq parlament təşkilatından nümayəndələr iştirak ediblər.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xüsusi iclasda çıxış edərək bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynamış milli liderdir. Heydər Əliyev Azərbaycan xalqının milli ruhunu gücləndirib, milli dövlətçiliyinin təməlini qoyub.
"O, səmərəli siyasəti ilə ölkəni güclü firavan dövlətə çevirdi. Ən vacibi isə xalqın ürəyini fəth etdi. Heydər Əliyev Cənubi Qafqazda sülhün dəstəkçisi idi. O, Azərbaycanla Gürcüstan arasında güclü dostluq əlaqələrinin qurulmasını təmin etmişdi. Onun müstəsna rəhbərliyi ilə Azərbaycan-Gürcüstan-Türkiyə enerji tranzit marşrutları möhtəşəm uğurların nümunəsidir. Heydər Əliyev öz müdrikliyi ilə Azərbaycan üçün böyük miras qoyub", - deyə gürcü spiker əlavə edib.
Qazaxıstan Parlament Məclisinin Sədri Yerlan Koşanov çıxış edərək bildirib ki, Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına xidmətə həsr edib:
"Heydər Əliyevin dühası bütün Türk dünyası üçün oriyentirə çevrilib. Heydər Əliyev Qazaxıstanda xalqlarımız arasında səmimi qardaşlıq münasibətlərinin qurulmasına çalışan şəxs kimi tanınır. Heydər Əliyev bildirib ki, Qazaxıstanla müştərək taleyimiz, tariximiz olub. Mən demək istəyirəm ki, Heydər Əliyevin bütün ideyaları həyata keçib. Bu il Astanada Heydər Əliyevin adına yeni küçə açılıb. Bu küçənin açılma mərasimində Qazaxıstan Prezidenti qeyd etdi ki, dünya miqyaslı siyasətçinin xatirəsini əziz tutmaq bizim borcumuzdur.
Prezident İlham Əliyevin apreldə Qazaxıstana səfəri ilə ölkəmizdə Heydər Əliyevlə bağlı bir sıra tədbirlərə start verildi, telekanallarımızda Heydər Əliyev həsr olunmuş film göstərildi. Azərbaycan Türk dünyasının mərkəzlərindən biridir. Heydər Əliyevin Türk xalqlarının birləşməsində böyük rolu olub. Türk Dövlətləri Təşkilatının əsası da Naxçıvanda qoyulub.
Qazaxıstan Parlament Məclisinin Sədri vurğulayıb ki, bu gün Azərbaycan uğurla inkişaf edir: "Azərbaycan ərazi bütövlüyünü bərpa edərək inkişafının yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlar əldə edəcək".
"Heydər Əliyev dünya miqyaslı siyasi xadimdir"
Qırğızıstan Joqorku Keneşin (parlament) Sədri Nurlanbek Şakiyev çıxış edərək bildirib ki, Heydər Əliyev xalqı üçün böyük işlər görüb, iqtisadi müstəqilliyinin əsasını qoyub. Azərbaycanda sabitliyin təmin olunmasında da Heydər Əliyevin böyük rolu olub. Heydər Əliyev dünya miqyaslı siyasi xadimdir, Türk dünyasında böyük iz qoyub. Qırğız yazıçısı Çingiz Aytmatov deyib ki, Heydər Əliyev tarixi, əfsanəvi şəxsiyyətdir. Heydər Əliyev müasir Azərbaycan tarixinin yaradıcılarından biridir.
Milli Məclisin xüsusi iclasında Tacikistan Ali Məclisin Nümayəndələr Palatasının Sədri Mahmadtoir Zokirzoda Tacikistan Prezidenti Emomali Rahmonın ürək sözlərini çatdırıb.
Tacikistan Prezidentinin təbrikində qeyd olunub ki, Heydər Əliyevin şəxsiyyətinə Tacikistanda çox böyük ehtiramla yanaşılır: "İki ölkə arasında münasibətlərin inkişafında Heydər Əliyevin böyük rolu olub. Bu il Prezident İlham Əliyevin Tacikistana səfəri baş tutub. İki xalq ortaq dostluğa, tarixə, xoş münasibətlərə sadiq olduğunu bir daha göstərdi. İnanıram ki, müştərək səylər nəticəsində Azərbaycan və Tacikistan münasibətləri inkişaf edəcək".
Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının Sədri Mahmadtoir Zokirzoda öz adından isə bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının dahi oğludur: "Heydər Əliyev və Emomali Rahmon iki xalq arasında münasibətlərin inkişafının əsasını qoyub. 1990-cı illərdə hər iki ölkə böyük çətinliklərlə üzləşmişdi. Təəssüflər olsun ki, Tacikistanda vətəndaş müharibəsi baş vermişdi. Heydər Əliyev və Emomali Rahmon ölkələrinin inkişafına nail olmağı bacarıblar. Əminəm ki, ölkələrimiz arasında münasibətlər gələcəkdə də uğurla inkişaf edəcək".
"Heydər Əliyevin Özbəkistan qarşısında xidmətləri unudulmur"
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva bildirib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir. Heydər Əliyev böyük vətənpərvər olub, həmişə azərbaycanlı olması ilə fəxr edib: "Heydər Əliyevin unikal liderlik keyfiyyəti, qətiyyəti sayəsində Azərbaycan xalqı problemlərini həll etməyi bacarıb. Azərbaycan çox qısa dövrdə beynəlxalq arenada böyük nüfuz qazanıb. Qısa dövrdə böyük islahatlar keçirilib və bir çox xalqlar bu təcrübədən yararlanmağa çalışır. Sevindirici haldır ki, Prezident İlham Əliyev atasının yolu ilə Azərbaycanın uğurlu inkişafını davam etdirir".
Tənzilə Narbayeva vurğulayıb ki, Heydər Əliyevin Özbəkistan qarşısında xidmətləri unudulmur: "Heydər Əliyevin adına Özbəkistanda küçə var, barelyefinin açılışı olub. Özbəkistanda da Heydər Əliyevin 100 illiyi qeyd olunur, silsilə tədbirlər keçirilir. Bu, özbək xalqının Heydər Əliyevə qarşı böyük ehtiramının göstəricisidir. Heydər Əliyevin xatirəsi özbək xalqının qəlbində daim yaşayacaq".
Xəbər lenti
0