Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazirdən qırmızı diplomlulara güzəşt təklifinə reaksiya

© Photo : REPORTBakalavr əlində qırmızı diplom tutub
Bakalavr əlində qırmızı diplom tutub - Sputnik Azərbaycan, 1920, 16.05.2023
Abunə olmaq
Emin Əmrullayev qeyd edib ki, Elm və Təhsil Nazirliyi bu məsələdə güzəşt edən yox, sənəd verən tərəfdir.
BAKI, 16 may — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev qırmızı diplomu olan şəxslərə müəyyən güzəştlərin olması təklifini dəstəkləyib.
Bu gün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bununla yanaşı güzəştlərin nədən ibarət olması vacibdir.
E.Əmrullayevin sözlərinə görə, Elm və Təhsil Nazirliyi bu məsələdə güzəşt edən yox, sənəd verən tərəfdir:
"Biz güzəşti etmirik, onu işə götürən, bazar müəyyən edir. Lakin dünyada artıq diplomlardan, kağızlardan çox bilik rol oynayır. Güzəşt doğru və dürüst olmalıdır. Misal olaraq, 10 il əvvəl qırmızı diplom almışam və bu gün müsabiqədə iştirak etməməyim düzgün deyil, çünki bilik fərqlidir. Qırmızı diplom bilik və bacarığın əksidirsə, haqlıdır. Yox, sadəcə rəngdirsə, o zaman güzəşt edilməsi düzgün deyil".
Qeyd edək ki, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli parlamentin iclasındakı çıxışında bildirmişdi ki, hazırda ali məktəbləri qırmızı diplomla bitirənlərin zəhmətinə laqeyd yanaşılır.
"Biz ali məktəbləri qırmızı diplomla bitirənlərin əziyyətinə laqeydik. Onlara mütləq hansısa üstünlük verilməlidir. Universiteti qırmızı diplomla bitirənlər diplomda mürəkkəb qurumamış gedib hansısa iş yerində imtahan verirlər. Ona görə təklif edirəm ki, "Təhsil haqqında" qanuna dəyişikliklərin siyahısına ali məktəbi qırmızı diplomla bitirən məzunlara üstünlük verilməsini də daxil edək"deyə vitse-spiker deyib.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, tədris planındakı bütün fənlərdən qiymətlərinin ən azı 75%-i "əla", qalanları isə yalnız "yaxşı" olan, dövlət imtahanı və buraxılmış işinin müdafiəsindən "əla" qiymət alan məzunlar fərqlənmə diplomu alırlar.
Xəbər lenti
0