DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənilər Paşinyanı bəyənmir - Sorğu nəticələri açıqlandı

© AFP 2023 / DMITRY ASTAKHOVNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 16.05.2023
Abunə olmaq
Sorğunun nəticələrinə əsasən, Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyətini rəyi sorşulanların 13,9 faizi tamamilə, 24,1 faizi qismən bəyəndiyini, 12,3 faizi isə qismən bəyənmədiyini bildirib.
BAKI, 16 may — Sputnik. Ermənistanda respondentlərin 38,7 faizi baş nazir Nikol Paşinyanın fəaliyyətini qəti olaraq bəyənməyib.
Bu, "GALLUP" Beynəlxalq Sosioloji Assosiasiyasının keçirdiyi sorğunun nəticələrində göstərilib.
Sorğunun nəticələrinə əsasən, Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyətini rəyi sorşulanların 13,9 faizi tamamilə, 24,1 faizi qismən bəyəndiyini, 12,3 faizi isə qismən bəyənmədiyini bildirib. Respondentlərin 10,8 faizi hökumətin fəaliyyətini tamamilə bəyəndiyini bildirsə də, 42,9 faizi birmənalı şəkildə bəyənmədiyini açıqlayıb. Rəyi soruşulanların 21,9 faizi hökumətin fəaliyyətini qismən bəyənib, 11,8 faizi isə qismən bəyənməyib.
Respondentlərin 50,9 faizi parlamentin fəaliyyətini heç bəyənmədiyini, 5,9 faiz isə qəti bəyənmədiklərini qeyd ediblər.
Sorğu 2023-cü il aprelin 26-30-da Ermənistan üzrə telefon vasitəsilə 1100 vətəndaş arasında keçirilib.
Xəbər lenti
0