Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Dmitri Medvedev Prezident İlham Əliyevə məktub ünvanlayıb

© Official website of President of Azerbaijan RepublicИльхам Алиев и Дмитрий Медведев, фото из архива
Ильхам Алиев и Дмитрий Медведев, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.05.2023
Abunə olmaq
Medvedev İlham Əliyevə xitabən yazıb ki, Sizin atanız dünya tarixində görkəmli siyasi xadim, müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb.
BAKI, 16 may - Sputnik. Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu!
Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin atanız dünya tarixində görkəmli siyasi xadim, müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb. O, öz xalqının layiqli oğlu olaraq, yeni Azərbaycanın – beynəlxalq aləmdə müstəqil və praqmatik siyasətini həyata keçirən güclü, firavan respublikanın hazırkı inkişaf istiqamətinin əsasını qoymuşdur.
Rusiyada ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin davamlı inkişafına Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndirirlər.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və bundan sonra da müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına isə sülh və rifah arzulayıram”.
Xəbər lenti
0