DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rembrandtın iki rəsm əsəri 200 il sonra İngiltərədə tapıldı

© AFP 2023 / FRANCOIS GUILLOTRembrandta aid rəsm əsərləri
Rembrandta aid rəsm əsərləri - Sputnik Azərbaycan, 1920, 15.05.2023
Abunə olmaq
Nəşrin yazdığına görə, həm hərrac evinin özü, həm də Amsterdamda Rembrandtın yaradıcılığı üzrə ixtisaslaşmış incəsənət muzeyi olan Rijksmuseum rəsmlərin həqiqiliyini təsdiqləyiblər.
BAKI, 15 may — Sputnik. Niderland rəssamı Rembrandt Harmenson van Rijnin (1606-1669) əvvəllər məlum olmayan iki portreti 200 ildən sonra Britaniya ailəsinin şəxsi kolleksiyasında aşkarlanıb. Bu barədə Financial Times xəbər verir.
Onun sözlərinə görə, "Kristinin auksion evi"nin mütəxəssisləri "müntəzəm qiymətləndirmə" apararkən niderlandlı rəssamın əsərlərinə rast gəliblər.
Hərrac evinin sözçüsü Henri Pettifer, "Mən nə ilə qarşılacağımı bilmirdim deyib.
O qeyd edib ki, bu rəsmlərin əvvəllər heç vaxt araşdırılmaması onu təəccübləndirib.
"Onlar Rembrandt əsərləri siyahısında ümümiyyətlə yox idi" - Pettifer deyib.
Nəşrin yazdığına görə, həm hərrac evinin özü, həm də Amsterdamda Rembrandtın yaradıcılığı üzrə ixtisaslaşmış incəsənət muzeyi olan Rijksmuseum rəsmlərin həqiqiliyini təsdiqləyib.
Qeyd olunur ki, rəsmlərdə rəssamla ailə bağları olan cütlük - Yan Villems van der Pluim və onun həyat yoldaşı Yaapgen Karels təsvir olunub.
Hərrac evi indi iyul ayında Londonda satışa çıxarılacaq portretləri siyahıya alacaq. Bundan əvvəl onlar Nyu-York və Amsterdamda nümayiş etdiriləcək. İki rəsmin təxmini dəyəri 5-8 milyon funt sterlinq olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0