Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvadan Gürcüstana uçuşlar mayın 19-dan hər gün həyata keçiriləcək - Azimut Hava Yolları

© Sputnik / Sergey Pivovarov / Mediabanka keçidAzimut Hava Yolları-nın təyyarəsi, arxiv şəkli
Azimut Hava Yolları-nın təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.05.2023
Abunə olmaq
Aviaşirkətin rəsmi saytında Tbilisiyə biletlərin bron edilməsinin mümkünlüyü barədə məlumatlar yer alıb
BAKI, 15 may - Sputnik. Rusiyanın Azimut Hava Yolları şirkəti mayın 19-dan etibarən Moskvadan Tbilisiyə və əks istiqamətdə gündəlik uçuşlar həyata keçirəcək. Aviaşirkətin mətbuat xidmətindən bazar ertəsi TASS-a verilən məlumata görə, "Azimut Hava Yolları yeni Moskva - Tbilisi - Moskva marşrutu üzrə uçuşlara başlayır.
Paytaxtlar arasında uçuşlar mayın 19-dan hər gün həyata keçiriləcək", - deyə mətbuat xidmətindən bildirilib.

"Hər bir hava limanı üçün yerli vaxt göstərilir. Moskvadan Tbilisiyə uçuşlar 220 avrodan, Tbilisidən Moskvaya - 200 avrodan başlayır, rüsumlar əlavə olaraq tutulur", - mətbuat xidmətində vurğulanıb.

Bundan əvvəl Gürcüstanın Mülki Aviasiya Agentliyinin rəhbəri Qivi Davitaşvili yerli telekanala müsahibəsində bildirmişdi ki, qurum mayın 17-dən etibarən Rusiyanın “Azimut” aviaşirkətinə Rusiyadan respublikaya çarter reysləri həyata keçirməyə icazə verib.
Şirkət bu məlumatı şərh etməkdən imtina edib, lakin aviaşirkətin rəsmi saytında Tbilisiyə biletlərin bron edilməsinin mümkünlüyü barədə məlumatlar yer alıb. Qiyməti 17 148 rubldan 62 798 rubla qədər dəyişir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0