Hesablaşmalar dollar əvəzinə BRİKS ölkələrinin valyutaları ilə aparılsın - Kosaçov

© Sputnik / Илья Питалев / Mediabanka keçidKonstantin Kosaçov, arxiv şəkli
Konstantin Kosaçov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.05.2023
Abunə olmaq
Rusiya Federasiya Şurasının vitse-spikeri əmindir ki, ABŞ-ın və digər qeyri-dost ölkələrin beynəlxalq məsələlərdə üstünlüyü "ilk növbədə dünya maliyyə sistemində dollardan istifadə etməklə təmin olunur".
BAKI, 15 may — Sputnik. Biznes nümayəndələri gələcəkdə dollardan tamamilə imtina etmək və ABŞ sanksiyalarının girovuna çevrilməmək üçün beynəlxalq müqavilələr bağlaya, ödənişləri BRİKS ölkələrinin milli valyutaları ilə həyata keçirə bilərdilər. Bunun Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov deyib.

"Dollardan imtina edib milli valyutalarla ticarətə keçmək strateji vəzifədir. Çox vacibdir ki, bilavasitə müqavilələr bağlayan və ödənişləri həyata keçirən biznes nümayəndələri də dövlətlərə milli valyutalara keçiddə köməklik göstərsinlər", - o qeyd edib.

Kosaçev əmindir ki, ABŞ-ın və digər qeyri-dost ölkələrin beynəlxalq məsələlərdə üstünlüyü "ilk növbədə dünya maliyyə sistemində dollardan istifadə etməklə təmin olunur".

"Dollardan asılılıq qərblilərin inkişaf etməkdə olan ölkələrə siyasi, iqtisadi, hüquqi təzyiq və şantaj etmək üçün istifadə etdikləri, o cümlədən beynəlxalq təşkilatlarda səsvermə zamanı istifadə etdikləri faktordur. Son illərdə ABŞ dollarından beynəlxalq aləmdə istifadə faktı əməliyyatlar, eləcə də ABŞ bankları vasitəsilə hesablaşmaların aparılması, ABŞ-ın yurisdiksiyasının avtomatik olaraq bu cür əməliyyatların iştirakçılarına etiraz edilən şəxslərə qarşı müxtəlif sanksiyalar tətbiq etmək imkanı ilə genişləndirilməsi üçün kifayət qədər əsas yaradır", - Kosaçov qeyd edib.

Federasiya Şurasının vitse-spikeri hesab edir ki, ayrı-ayrı dövlətlərin qəbul etdiyi sanksiyalar BMT Nizamnaməsinin müddəalarından asılı olmayaraq tətbiq olunmağa davam edəcək. Bu baxımdan, parlamentari hesab edir ki, sanksiyalar qeyri-qanuni və qeyri-legitim, üstəlik, beynəlxalq hüquq çərçivəsində təcavüz aktı kimi tanınmalıdır.
Kosaçev izah edib ki, üçüncü ölkələrin dövlətlərarası münasibətlərinə mane olmaq üçün sanksiyaların tətbiq edilir. Siyasətçi əmindir ki, belə bir təsnifat üçün bütün hüquqi əsaslar var, çünki eksterritorial təsirə malik total iqtisadi sanksiyalar bütün təcavüz əlamətlərinə malikdir".
Onun fikrincə, iki sənəd - Rusiyanın Xarici İqtisadi Fəaliyyətinin İnkişafı Strategiyası, həmçinin "Rusiya Federasiyasının Xarici İqtisadi Fəaliyyəti haqqında" federal qanunu hazırlanarkən yuxarıda qeyd olunan aspektlərin hamısı nəzərə alına bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0