Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Azərenerji" yanvar-aprel aylarında istehsal etdiyi elektrik enerjisinin həcmini açıqladı

© Official website of President of Azerbaijan Republic"Azərenerji" ASC-nin "Dübəndi" yarımstansiyı
Azərenerji ASC-nin Dübəndi yarımstansiyı - Sputnik Azərbaycan, 1920, 15.05.2023
Abunə olmaq
Qurumun istehsal etdiyi elektrik enerjisinin 8 milyard 459,7 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarının (İES), 433,1 milyon kVt/saatı Su Elektrik Stansiyalarının (SES) payına düşür.
BAKI, 15 may — Sputnik. Bu ilin yanvar-aprel aylarında "Azərenerji" ASC 8 milyard 892,8 milyon kVt/saat elektrik enerjisi istehsal edib.
Energetika Nazirliyinin məlumatına görə, bu ümumi istehsalın 90,3 %-i deməkdir.
Məlumata görə, "Azərenerji"nin istehsal etdiyi elektrik enerjisinin 8 milyard 459,7 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarının (İES), 433,1 milyon kVt/saatı Su Elektrik Stansiyalarının (SES) payına düşür.
Qeyd edilən dövr ərzində istehsal edilən elektrik enerjisinin 1,3 %-i yaxud 128,95 milyon kVt/saatı Naxçıvan MR Dövlət Energetika Xidmətinin payına düşür ki, İES-lərdə 85,91 milyon kVt/saat, SES-lərdə 25,69 milyon kVt/saat, günəş ES-də 17,35 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu ilin ilk 4 ayı ərzində "Azərişıq" ASC-nin külək elektrik stansiyalarında 16,4 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 813,95 milyon kVt/saat təşkil edib ki, bu da ümumi istehsalın müvafiq olaraq ki, 0,2 % və 8,27 %-i deməkdir.
Hesabat dövründə ölkə üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 600,3 milyon kVt/saat, yəni 6,5 % artaraq 9 milyard 852,1 milyon kVt/saat olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0