CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Spiker: Təxribata görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür

© Photo : Milli MajlisSahibə Qafarova
Sahibə Qafarova
 - Sputnik Azərbaycan, 1920, 12.05.2023
Abunə olmaq
Milli Məclisin iclasında parlamentin sədri Sahibə Qafarova bu təxribatı sülh danışıqlarının pozulması kimi qiymətləndirib/
BAKI, 12 may - Sputnik. "Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub, digəri isə ağır yaralanıb. Törədilən təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür". Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

"Bu, sülh danışıqlarının pozulmasıdır", - deyə spiker əlavə edib.

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz ağır yaralanıb
Xatırladaq ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyəti gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, növbəti dəfə atəşkəsi pozub.
Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub
Müdafiə Nazirliyinin mayın 11-də yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0